Türkiyədəki xristianlara qarşı edilən zülmə görə rahiblərindən məhrum edilmiş kilsələr, hökumət və bir çox vətəndaş tərəfindən sistematik olaraq təhqir olunur. Bu barədə Jihad Watch yazır.
Zərər görən son kilsələrdən biri də kəndlilər tərəfindən tövlə kimi istifadə edilən Türkiyənin cənub-şərqindəki Şırnak əyalətində olan assuryalıların Mor Aday kilsəsidır.
Kilsə 620-ci ildə tikilmişdir. 1400 illik kilsənin divarları dayansa da, qorunmadığına görə hələ də xarabalıq kimi görünür.
Bu xarabalığa çevrilmiş yeganə kilsə deyil. Türkiyədə bir çox tarixi ziyarətgah rahibsiz qalıb. Xristianlara qarşı edilən türk və kürd zorakılığı nəticəsində bir çox kilsə məhv edildi.
Qəzet qeyd edir ki, Türkiyədə ermənilərin, yunanların və assuriyalıların soyqırımı 1894-cü ildən başlayıb. 1924-cü ildə Türkiyədəki və ətraf bölgələrdəki xristian icmaları məhv edildi.
Osmanlı İmperiyasında xristianlara qarşı zülm 1913-23-cü illərdə ermənilərə, yunanlara və assuriyalılara qarşı həyata keçirilən soyqırımı ilə zirvəyə çatdı.
Erməniyə məxsus yüz minlərlə ev, ferma, bağça, fabrik, anbar, kilsə və məktəb məhv edildi və ya türk və kürd mülkünə çevrildi. Onları banklara, radio stansiyalarına, məscidlərə, məktəblərə, tütün, çay və şəkər anbarlarına ya da tövlələrə çevirdilər.