Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan, Hakob Andreasyanın rəhbərlik etdiyi Ramkavar Azatakan Partiyasının nümayəndə heyətini qəbul edib.
Görüşdə daxili və xarici siyasət, habelə müharibədən sonrakı dövrdə çətinliklərin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub.
Arayik Harutyunyan, əsas potensialı və vasitələri mənzil tikintisinə yönəltmək və Artsax xalqının öz yurdlarında yaşamaq və yaratmaq üçün imkanlar yaratmaqla, müxtəlif investisiya proqramlarının icrasını təşviq etmək lazım olduğunu vurğulayıb.
O qeyd edib ki, Artsaxın müstəqilliyinin tanınması, ərazi bütövlüyünün bərpası dövlətin qarşısında duran prioritet məsələlər olaraq qalır.