Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan KTMT Baş katibi Stanislav Zas ilə telefon danışığı aparıb.
“Telefon danışığının əvvəlində KTMT Baş katibi 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərinin təşkili və keçirilməsi münasibətilə ER Hökümətini təbrik edib.
Sonra KTMT Baş katibinin cari ilin iyunun 3-dəki bəyanatında edilən bəzi qiymətləndirmələrlə əlaqədar olaraq narahatlığımı bildirdim.
Əminlliklə bildirdim ki, indiki vəziyyəti hadisə kimi qələmə vermək olmaz, çünki xeyli vaxtdır ki, Azərbaycan hərbçiləri Ermənistan Respublikasının suveren ərazisini tərk etmir.
Azərbaycan tərəfinin hərəkətlərinin Ermənistan Respublikasının suveren ərazilərinin bir hissəsini işğal etmək üçün aşkar bir cəhd olduğunu nəzərə alaraq, bir daha vurğuladım ki, vəziyyəti həll etmək üçün konstruktiv səyləri təhlükə altına salmamaq məqsədilə KTMT Katibliyi səviyyəsində danışıqlarda təmkinlik nümayiş etdirmək lazımdır.
Söhbətin sonunda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə yerdə tanış olmaq üçün KTMT Katibliyinin səfərinin təşkil olunmasının məqsədəuyğun olduğunu vurğuladım”- deyə Armen Grigoryan “facebook” səhifəsində yazıb.