Ermənistan bu gün Konstitusiya Gününü qeyd edir. Bu gün qeyri-iş günüdür. Ana qanununun artıq 26 yaşı var. 1995-ci il iyulun 5-də ölkənin Konstitusiya layihəsi referenduma təqdim edildi. Bu, azad, müstəqil və demokratik prinsipləri təsbit edən müstəqil Ermənistanın ilk Konstitusiyası idi.
2005-ci ildə yenidən referendum yolu ilə Ana Qanununda dəyişiklik edildi və parlamentin səlahiyyətləri genişləndirildi. 2015-ci ildə Konstitusiya dəyişikliyinə dair referendumla ölkəmiz parlamentar idarəetmə sisteminə keçdi.