Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidentləri Emanuel Makron arasında telefon danışığı olub, geniş mövzuları müzakirə olunub.
Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
İki ölkənin dövlət başçıları telefon danışığının gedişatında Dağlıq Qarabağ məsələini müzakirə ediblər. Rusiya lideri fransalı həmkarını Qarabağla bağlı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların reallaşmasının gedişatı barədə məlumatlandırıb.
Qeyd edilib ki, Rusiya sülhməramlılarının olması sayəsində bölgədə vəziyyət sabitdir. Normal iqtisadi fəaliyyət, iqtisadi və nəqliyyatın blokadadan çıxarılması üçün ilkin şərtlər yaradıldı.
Rusiya Prezidenti hərbi əmaliyyatlardan zərər çəkmiş əhalisinin humanitar problemlərinin həllində Avropa tərəfdaşlarının, xüsusən Fransanın yaxından iştirakının vacibliyinə diqqət çəkdi. Hər iki tərəf ATƏT-in Minsk Qrupu daxil olmaqla, Qarabağ məsələsinin həllinin müxtəlif aspektləri üzrə koordinasiyaya qarşılıqlı hazırlığı ifadə etdilər.