Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədlərin təyin olunması ilə bağlı vəziyyətin gərginləşməsi "sərhəd insidenti"dir və KTMT-nin kollektiv müdafiə ilə bağlı nizamnaməsinin müddəaları ona şamil olunmur.
Bu barədə Stanislav Zas bildirdi.
"Başa düşmək lazımdır ki, KTMT potensialı yalnız (üzv ölkələrdən birinə) aqressiya, hücum zamanı işə salınır. Burada isə mahiyyət etibarı ilə sərhəd insidenti ilə rastlaşırıq. Allaha şükür, qurban, atışma yoxdur.Bu, sərhəd insidentidir və onu həll etmək lazımdır, biz isə bunun sülh yolu ilə həll olunmasını istəyirik", - deyə Zas bildirdi.
Stanislav Zasın sözlərinə görə, münaqişənin gərginləşməsi müşahidə olunmur.
"Prinsipcə, deyə bilmirik ki, hazırda orada situasiya kəskinləşir. Bu artıq yaxşıdır, bu artıq bir nəticədir. Qarşıda məsələnin həlli, bütün bu mübahisəli məqamlarla bağlı görüləsi işlər çoxdur, ancaq onları danışıqlar yolu ilə həll etmək lazımdır",- deyə o bildirdi.
KTMT-nin baş katibi vurğuladı ki, Ermənistanın mayda müraciətindən sonra təşkilat ölkənin sərhəd rayonlarında vəziyyət üzrə məsləhətləşmələr aparılıb.
"Bu cür məsləhətləşmələr müdafiə nazirləri, təhlükəsizlik şuraları katibləri səviyyəsində aparılırdı, mən də Ermənistanın xarici işlər və müdafiə nazirləri ilə əlaqə saxlayırdım.
Bu vəziyyəti müzakirə etdik. Bundan başqa, Düşənbədə keçirilən KTMT-nin XİNŞ zamanı artıq bu situasiya üzrə ümumi müzakirə aparmışıq", - deyə o vurğuladı.
Stanislav onu da qeyd etdi ki, KTMT Ermənistanın cəınubundakı vəziyyəti daim monitorinq edir.