Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko Avropa Xarici Siyasət Xidməti baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moro ilə görüşüb.
Bu barədə məlumatı Rusiya XİN yaydı.
Görüş zamanı MDB məkanında vəziyyət, o cümlədən Qarabağ tənzimlənməsi prosesi və Cənubi Qafqazda təhlükəsizlik üzrə beynəlxalq Cenevrə müzakirələrinin gedişatı müzakirə olunub.
Rusiya tərəfi vurğuladı ki, suveren dövlətlərin daxili işlərinə qarışmağa, konstitusiya və qanuni qaydalarını pozmağa yönəlmiş hər hansı bir qanunsuz hərəkət yolverilməzdir.