ER Parlamentinin deputatı Hripsime Grigoryan ATƏT Parlament Assambleyasında erməni hərbi əsirlərinin məsələsini qaldırdı.
“Bu günə kimi biz iqtisadi məsələlər və iqtisadi əməkdaşlıqdan danışırıq, lakin keçən ildə qonşu ölkənin Artsax əhalisinə qarşı başlatdığı müharibə, hazırda erməni əsirlərini saxladığı vəziyyətdə, onlara qarşı saxta məhkəmələr həyata keçirdiyi təqdirdə, hətta Ermənistanın suveren ərazisinə zorla daxil olduğu bir vəziyyətdə belə əməkdaşlığı təsəvvür etmək çox çətin.
İlham Əliyevin və Türkiyənin birinci xanımın erməni əsirləri barədə danışdığı videonu görmək daha çox sarsıdıcı idi. Onlar əsirlikdə olan erməni vətəndaşlarının məsələsini müzakirə edilər, Türkiyənin birinci xanımı Əliyevdən daha çox əsir olub olmadığını soruşur, sonra hissə-hissə və ya mərhələli şəkildə geri vermələrini tövsiyə edir.
Bu video çox aydın sübut edir ki, bütün Azərbaycanda əsirlikdə olan bütün erməni əsirlər alver və ticarət üçündürlər. Əsirlərin bütün məhkəmə iclasları sadəcə səhnələşdirilibdir və həbslər onlar üçün qadağan olunmuş bir cəzadır.
Bu gün biz həqiqətən Cənubi Qafqazdakı dəmir yolları daxil olmaqla regional rabitə infrastrukturunun blokadadan çıxarılması barədə danışmalıyıq. Lakin Əliyevin Ermənistan ərazisindən keçən və Türkiyəni Azərbaycanla birləşdirən dəhlizlə bağlı iddiaları var. Dəhlizin yolların və dəmir yollarının blokadadan çıxarılması ilə heç bir əlaqəsi yoxdur, bu başqa bir məsələdir. Bu məsələ heç bir zaman müzakirə olunmayıb və olunmayacaq da
Müharibə 2020-ci ilin noyabrın 9-da dayandırılıb. Üçtərəfli bəyanatda açıq çəkildə qeyd olunur ki, bütün əsirlər və saxlanılan digər şəxslər dərhal, heç bir şərt qoyulmadan dəyişdirilməlidir. Azərbaycan öz öhdəliyini yerinə yetirməyib. Bu, şübhəsiz ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq zəruri bir addımdır, bununla biz münaqişələrin həllində güc tətbiqini və ya istifadə təhdidini rədd edəcəyik”,- deyə o qeyd etdi.