ER Parlamentinin deputatı Ani Samsonyan ATƏT-in Parlament Assambleyasında çıxışında Azərbaycanda əsirlikdə olan erməni əsirlər məsələsindən danışıb.
O qeyd etdi ki, Azərbaycan təməl prinsipləri pozmağa davam edir, qadınlar da daxil olmaqla, hərbi əsirləri, mülki şəxsləri qaytarmır.
“Bu günlərdə Azərbaycanda erməni əsirlərə qarşı məhkəmələr başlanılıb, bu beynəlxalq humanitar hüququnu tamamilə pozur. Bununla sadəcə əsirləri deyil, eyni zamanda onların ailələlərinin hüquqları pozulur.
Azərbaycan beynəlxalq humanitar hüququnu siyasiləşdirir. Mən sizə bir video gəstərəcəyəm. Bu videoda Azərbaycan və Türkiyənin prezidentləri erməni əsirlərdən danışırlar, onları ticarət mövzusu sayırlar. Qeyd olunur ki, onları Dağlıq Qarabağdakı minalanmış ərazilərin xəritələri müqabilində gaytarmağı planlaşdırırlar.
Bu, danılmaz bir dəlildir ki, Azərbaycanın insan alveri ilə məşğuldur. Erməni əsirlərə qarşı bu məhkəmələr saxtadır. Onu da qeyd etmək istəyirəm ki, mayın 12-də Azərbaycan qüvvələri Ermənistanın ərazi bütövlüyünü pozdular və indiyə kimi suveren ərazimizdədirlər.
Bütün Avropa tərəfdaşlarımızı BMT Nizamnaməsinin 2-ci maddəsini pozduğuna görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırdıq.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan tərəfindən beynəlxalq hüququnun kobudcasına pozulması sadəcə Ermənistan üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün narahatlığa səbəb olmalıdır, çünki Azərbaycanın davranışı və cəzasız qalmaq inamı beynəlxalq hüquq sistemi, dünya, regional təhlükəsizlik və sülh üçün bir təhdiddir.
Azərbaycan Ermənistanın suveren ərazisindən çıxmamalıd və erməni əsirləri geri qaytarmalıdır. Bu məsələdə siz mühüm rol oynayırsınız, çünki birgə səylərlə beynəlxalq hüquq qaydalarını qorumalıyıq”,- deyə Samsonyan qeyd etdi.