ER-nın Fransadakı səfiri Hasmik Tolmacyan, Fransanın keçmiş prezidenti Fransua Oland ilə görüşüb və Ermənistandakı vəziyyət və Artsax ətrafında baş verən hadisələri müzakirə edib. Bu barədə Hasmik Tolmacyan “Twitter” mikrobloqunda yazıb.
"Fransua Oland ilə görüşməkdən şərəf duydum. Ermənistan və Dağlıq Qarabağdakı vəziyyət barədə fikir mübadiləsi apardıq. Ermənistana və erməni xalqına göstərdiyi dəstəyə görə, eləcə də Ermənistanla Fransa arasındakı münasibətləri gücləndirdiyinə görə dərin təşəkkürümü bildirirəm”,- deyə ER-nın Fransadakı səfiri qeyd edib.