ER İqtisadiyat nazirinin vəzifəsini icra edən Vahan Kerobyan iyunun 29-da İran Prezidentinin Elm və Texnologiyalar, Siyasət və inkişaf üzrə müaavini Mehdi Eliasinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Nümayəndə heyəti, Ermənistan-İran biznes forumunda iştirak etmək üçün Ermənistana gəldi. Görüşdə İranın Ermənistandakı səfirinin müavini Əli Məhəmməd Mottağı də iştirak edib.
Vahan Kerobyan qeyd etdi ki, Ermənistan-İran gündəmi prioritetlərimizdən biridir və ikitərəfli əməkdaşlığın daha səmərəli olması üçün bütün ortaq layihələrin həyata keçirilməsi vacibdir.
Görüşün əvvəlində nümayəndə heyətinin üzvləri konfrans zamanı İran şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, tikinti, kənd təsərrüfatı, qida, tekstil, əczaçılıq və tibbi avadanlığın istehsalı sahələrində Ermənistan tərəfi ilə əməkdaşlığa böyük maraq göstərdiklərini qeyd etdilər..
Görüş zamanı “Meğri” və “Aras” azad iqtisadi zonaları çərçivəsində ikitərəfli əməkdaşlığa da toxunulub. Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü nəzərə alaraq, tərəflər iqtisadiyyatın müxtəlif sahələrində müştərək istehsalatların təşkili və hazır məhsulların AİB-ə və digər ölkələrə ixrac edilməsi imkanlarını müzakirə etdilər.
Nümayəndə heyətinin üzvləri birgə səylərlə "ağıllı" şəhər yaratmaq imkanlarını araşdırmayı təklif etdilər. Ermənistan-İran iqtisadiyyat sahəsindəki əməkdaşlığı çərçivəsində payızda İranda iş forumunun keçirilməsi planlaşdırılır və bu görüşdə Ermənistan-İran iqtisadi əməkdaşlığı ilə bağlı geniş məsələlər müzakirə ediləcəkdir.