Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin və ER Parlamentinin sədri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Volodin, Ermənistan Parlamentinin sədrini növbədənkənar seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb
Tərəflər ikitərəfli və çoxtərəfli platformalarda qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.