AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borel yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyaların növlərini və Moskva ilə mümkün əməkdaşlıq sahələrini hazırlayacaq. Bu barədə TASS məlumat yayıb.
Yüksək rütbəli avropalı diplomata görə, Avropa Birliyi, Rusiyanı qlobal problemlərin həllinə cəlb etməkdə maraqlıdır, çünki Moskva beynəlxalq aləmdə əsas oyunçudur.
"İstəsək də, istəməsək də, Rusiya dünya arenasında əsas oyunçudur. Avropa Birliyinin maraqlarının olduğu Liviya, Əfqanıstan, Dağlıq Qarabağ və Suriya da daxil olmaqla, dünyanın bir çox yerində Rusiya siyasi varlığını artırıb”- deyə o qeyd edib.