ABŞ prezidenti Co Bayden Ermənistan xalqını və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı parlament seçkilərinin uğurlu keçirilməsi münasibətilə təbrik edib.
ABŞ prezidenti bu barədə tvitterdə yazıb. “Ermənistan xalqını və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı parlament seçkilərinin uğurlu keçirilməsi münasibətilə təbrik edirəm. Bizim Ermənistanla əməkdaşlığımız münaqişələrin həlli və demokratik islahatlar baxımından dəyərlidir. Biz bu əməkdaşlığı möhkəmləndirməyə sadiqik”-deyə ABŞ prezidenti yazıb.