İyunun 29-da bir qrup müharibə iştirakçısı medallarla təltif edilməmələrinə etiraz olaraq, əlillik və mülaicə problemləri ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçirib.
"Turan" agentliyinə əsasən, etirazçıların bəziləri veteran statusu ala bilməməsindən, müalicəyə göndərilməməsindən, əlillik statusu verilməsi zamanı rüşvət tələb edilməsindən narazıdır.
“Veteran statusu vermirlər. Eyni taqımda qulluq etmişik. Birinə medal verirlər, birinə vermirlər. Şikayət edirik, baxan yoxdur”, deyə etirazçılardan biri bildirib.
Etirazçılardan biri medala təqdim edilmək üçün insanlardan rüşvət tələb edildiyini deyib.