ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lind Dağlıq Qarabağ münaqişəsinə və münaqişənin nizamlanmasında ATƏT-in səylərinə toxunub. O qeyd etdi ki, münaqişələrin nizamlanması üçün möhkəm təməli olan barışıq mühit yaratmaq lazımdır.
"Mənim şəxsi nümayəndəm var, o çox yaxşı işləyir. Vəziyyəti müzakirə etmək üçün dünən onunla görüşdüm. Rusiya, Fransa və ABŞ-nın həmsədrliyi ilə Minsk qrupunun həmsədrliyi də var .
15 əsirin geri qaytarılması da çox vacib idi. Bu məsələdə Gürcüstanın səylərini yüksək qiymətləndirirəm. Bunlar etimadın artırılması tədbirləri idi.
Mən Azərbaycanı və Ermənistanı siyasi həll yolunu tapmaq üçün ATƏT-in himayəsi altında, şəxsi nümayəndəm Kaspşikin vasitəçiliyi ilə bütün əsirləri azad etməyə çağırıram”,- deyə ATƏT-in hazırkı sədri qeyd etdi.