Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.
Digər məlumata görə, sentyabrda Türkiyə, Azərbaycan və Pakistan birgə təlimi nəzərdə tutulur.