Azərbaycan 60 hərbçi və mülki şəxsin əsir olduğunu təsdiqləyir. 44 günlük müharibədən sonra müvəqqəti tədbirlərlə bağlı 280 müraciət Avropa Məhkəməsinə təqdim edildi. Bunlardan 144-ü ER-nın AİHM-dəki nümayəndəsinin ofisi təqdim etdi, digər 136-ı isə şəxsi şikayətlərdir.
ER-nın AİHM-dəki nümayəndəsi ofisinin sədri Liparit Drmeyanın sözlərinə görə, Azərbaycanın barəsində dəqiq məlumat verməyən 142 nəfərlə bağlı müraciətlərimiz var, yəni bu müraciətlərdə adı çəkilən şəxslərin Azərbaycanda əsir saxlanması təsdiqlənməyib.
Hazırda Azərbaycanda qanunsuzcasına saxlanılan şəxslər hərbi əsir və oğurlanmış mülki şəxslərdir və əsirlikdə olan ermənilərə qarşı istənilən cinayət işinin hüquqi əsası yoxdur və bu, beynəlxallq hüquq normalarına ziddir.
Üstəlik, Azərbaycan hakimiyyəti tərəfindən erməni hərbi əsirlərə və saxlanılan mülki şəxslərə qarşı uydurma ittihamlara əsaslanan cinayət təqibinin bütün prosesi ədalətli mühakimənin əsas hüquq elementlərinin zəmanətlərinin kobud şəkildə pozulması ilə müşayiət olunur.
Ermənistan Respublikasının AİHM-dəki Nümayəndəliyi hazırda səlahiyyətli dövlət qurumları və digər maraqlı şəxslər ilə peşəkar müzakirələrini davam etdirir. Qeyd olunur ki, Azərbaycan saxta cinayət təqiblərini “qanuniləşdirmək” üçün fürsətdən istifadə etməyə çalışacaqdır
Bakı məhkəməsi erməni əsirləri barədə ittiham aktını dərc edib. 14 erməni əsiri 20 il və ya ömürlük həbs cəzası gözləyir.
Beynəlxalq hüquq mütəxəssisi Ara Qazaryan qeyd edir ki, bu məhkəmə deyil, məhkəmə imitasiyasıdır. İttihamdan özünü müdafiə etmə hüququnun pozulması məhkəməni ədalətsiz edir. Azərbaycan beynəlxalq ictimaiyyətə, Avropa Məhkəməsinə bu hüquqları verdiyini sübut edə bilməyəcək, çünki bu hüquqları təmin etsə, bu işlərin boş və uydurma olması üzə çıxacaqdır.
ER İnsan Hüquqları Müdafiəçisinin məsləhətçisi Sergey Qazinyan isə vurğulayıb ki, Azərbaycanda qanun pozuntuları, məhkəmə prosesi davam etdirir və bütün bu olanlar operativ şəkildə beynəlxalq qurumara təqdim olunur.
Azərbaycan başa düşür ki, məhkəmələr nə qədər uzun olsa, vəziyyət o qədər də özünə qarşı işləyəcəkdir. Ara Qazaryan əmindir ki, Azərbaycana qarşı qərarlar olacaqdır və bu qərarların bəzi əsirləri Ermənistana vermək üçün Bakıya qarşı təyziq mexanizm olacağı mümkündür. .