Azərbaycanda saxlanılan erməni hərbi əsirlər qaytarılmalıdır və bu nə qədər tez olsa, o qədər yaxşı olar. Bunu Niderlandın Ermənistandakı səfiri bəyan edib və qeyd edib ki, bu, Krallıq hökumətinin mövqeyidir
Günlər əvvəl Niderland parlamenti böyük səs çoxluğu ilə Azərbaycana hərbi əsir və mülki şəxsləri azad etmək üçün təzyiq göstərilməsinə çağıran qərar qəbul etmişdir.
Qətnamələrin bu məsələnin həllinə olan təsirinə toxunan Niko Sxermers, hərbi əsirlərin geri qaytarılmasının ilkin şərt olmadan olacağına ümid etdiyini bildirdi.
“Bu asan bir məsələ deyil, amma ümid edirəm ki, yaxında həll olunacaqdır. Artıq çox iş görülüb. Keçən həftə də Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirləri burada idi və onlar da Avropa İttifqaının nümayəndələri olaraq hərbi əsirləri geri qaytarmaq üçün işləyirlər”,-deyə səfir Niko Sxermers vurğuladı.
Səfir Bakıdakı “hərbi qənimətlər parkı”-nın açılmasına gəlincə, qeyd edib ki, belə bir şey olmamalı idi. “Bu qəbuledilməzdir və ölkəmin hökumətinin mövqeyi də belədir. Parkın açılışı şok oldu, bu barışa töhfə vermir. Biz etimad mühitinin yaradılmasını gözləyirik, tərəflər bu ərazidə birgəyaşayış yollarını tapmaq üçün məsələləri diplomatik səviyyədə həll etmə yollarını müzakirə etməlidirlər”.