ER-nın AİHM-dəki nümayəndəsi erməni hərbi əsirlərə qarşı açılan qanunsuz cinayət işləri barədə bəyanat yaydı. Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti hazırda 2020-ci il sentyabrın 27-də başlanmış müharibə nəticəsində əsir düşmüş və beynəlxalq humanitar hüququn açıq-aydın pozulması ilə indiyədək Azərbaycanda saxlanılan ER vətəndaşlara qarşı saxta cinayət işləri açır.
Qeyd olunur ki, ER hökuməti dəfələrlə rəsmi olaraq öz mövqeyini bəyan etmişdir və indi də təsdiq edir ki, hazırda Azərbaycanda qanunsuzcasına saxlanılan şəxslər hərbi əsir və oğurlanmış mülki şəxslərdir və əsirlikdə olan ermənilərə qarşı istənilən cinayət işinin hüquqi əsası yoxdur və bu, beynəlxallq hüquq normalarına ziddir.
Üstəlik, Azərbaycan hakimiyyəti tərəfindən erməni hərbi əsirlərə və saxlanılan mülki şəxslərə qarşı uydurma ittihamlara əsaslanan cinayət təqibinin bütün prosesi ədalətli mühakimənin əsas hüquq elementlərinin zəmanətlərinin kobud şəkildə pozulması ilə müşayiət olunur.
Bütün bunları nəzərə alaraq, ER-nın AİHM-dəki nümayəndəsinin ofisi adı çəkilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi, onların sərbəst buraxılması və ya hüquqlarına başqa şəkildə zəmanət verilməsi barədə müxtəlif tələblərlə AİHM-ə müraciət etdi.
Həmçinin Ermənistan Respublikasının AİHM-dəki Nümayəndəliyi hazırda səlahiyyətli dövlət qurumları və digər maraqlı şəxslər ilə peşəkar müzakirələrini davam etdirir.