Vasitəçiliyimiz və ABŞ-ın dəstəyi ilə Azərbaycanda saxlanılan erməni əsirlərinin geri qaytarılması siyasətimizin böyük qələbəsidir. Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə illik hesabatı təqdim edərək qeyd edib. "Bu bölgədə sülhün təmin edilməsində xüsusi rolumuzu vurğulayan mislisiz hadisədir",- deyə o qeyd edib. Bu barədə “Aliq” məlumat verib.
Gürcüstan hökumətinin başçısının sözlərinə görə, Dağlıq Qarabağ müharibəsi bütün bölgə üçün bəzi çətinliklərə səbəb olub. Qonşu ölkələrdə sülh və sabitlik Gürcüstan üçün vacibdir.
Qaribaşvili parlamentin tribunasından ümumbəşəri sülh və sabitliyin xeyrinə çalışmağa davam etməyə hazır olduğunu bildirib.