Ermənistanda son sutka ərzində 3631 test aparılıb, yeni növ koronavirus (COVID-19) infeksiyasına 93 yoluxma halı qeydə alınıb, 66 nəfər sağalıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 728 nəfərə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 1 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4506-a yüksəlib.
Koronavirusa yoluxan 216 489 nəfər sağalıb. Hazırda 2636 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1 171 097 test aparılıb.