Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib.
“Turan” agentliyinə əsasən, görüş zamanı Xəzərdə “Dostluq” yatağında karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ilə bağlı məsələlər ətraflı müzakirə predmeti olub. Qeyd edilib ki, hazırda müvafiq ikitərəfli sazişin hazırlanması davam edir.
Xatırladaq ki, 2020-ci ildə tərəflər “Dostluq” (“Kəpəz”) yatağını 30% Azərbaycana və 70% Türkmənistana olmaqla bölmək barədə razılığa gəliblər. Xəzərin mərkəzindəki bu yatağın ehtiyatları 50 milyon ton neft olaraq qiymətləndirilir.