Fransa Prezidenti Emanuel Makron Nikol Paşinyanı Ermənistanda keçirilən parlament seçkiləri münasibəti ilə təbrik etdi.
“İyunun 20-də Ermənistanda keçirilən növbədənkənar seçkilərdə rəhbərlik etdiyiniz partiyanın qələbəsi münasibətilə Sizə təbriklərimi göndərir və dost Ermənistan və Fransa xalqının rifahı naminə vəzifənizdə uğurlar arzulayıram.
Fransa ilə Ermənistan arasında xalqlarımız arasında tarixi əlaqələrə əsaslanan, ölkələrimizin hökumətləri, parlamentləri, yerli hakimiyyət orqanları və eləcə də vətəndaş cəmiyyətləri arasındakı imtiyazlı dialoqla inkişaf edən müstəsna münasibətlər mövcuddur.
Bilirsiz ki, Fransa Ermənistanda apardığınız islahatları maraqla izləyir. Fransa və Ermənistan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməyə davam edəcək. Fransa, Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün ölkənizlə eyni fikirdədir.
Bu baxımdan, Minsk qrupunun həmsədri kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün axtarış tapşırığı yenidən təsdiqləmək istəyirəm.
İnanın ki, biz məsələnin həlli ilə bağlı siyasi prosesin bərpasında sadiqik, bu, Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olmasının və bölgə xalqları ilə sülh, həmrəylik və dostluq dəyərlərimizin təşviq olunmasının yeganə yoludur.
Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı göndərirəm. Hörmətli baş nazir, Xahiş edirəm, Sizə ən yüksək ehtiramımı qəbul edin”,- deyə qeyd olunub.