Rumıniya Xarici işlər naziri Bogdan Ayresku, Litvanın Xarici işlər naziri Gabrielius Landsbergis, Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberg, eləcə də Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı və ATƏT üzrə direktoru Mixayel Zibert və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar iyunun 25-də Ermənistana səfər edəcəklər.
Bu səfər Aİ-nin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jozef Borr tərəfindən təsdiqləndi. Səfər Aİ-nin bölgədəki sabitliyi təşviq etməyə hazır olduğunu bir daha təsdiqləmək məqsədi daşıyır.