Hollandiya parlamenti, ölkə hökumətini Avro-2020-də iştirak etmək üçün nümayəndə heyətini Bakıya göndərməməyə çağırdı. Bu barədə Hollandiyadakı Erməni Təşkilatları Federasiyası məlumat verir.
Millət vəkilləri hökuməti, Hollandiya millisinin qalib gələcəyi təqdirdə, Avro-2020 turnirinin 1/4 final mərhələsinin futbol matçı zamanı rəsmi nümayəndə heyətini Bakıya göndərməməyə çağırdı.
Qeyd olunur ki, Azərbaycan 44 günlük müharibə nəticəsində əsir düşmüş şəxsləri qaytarmadı, üstəlik Bakıda “hərbi qənimətlər parkı" açdı.