Fransa prezidenti Emanuel Makron bu gün bəyan edib ki, Avropanın sabitliyi Rusiya ilə dialoq tələb edir. “Al Arabiya” xəbər verir ki, Makron AB liderlərini Moskva ilə dialoqa getməyə razı salmağa çalışır.
"Rusiya prezidenti Vladimir Putinlə danışıqlar Avropa qitəsinin sabitliyi üçün lazımdır, amma tələb etməliyik, çünki dəyərlərimizə xəyanət etməyəcəyik",- deyə AB sammitində iştirak etmək üçün Brüsselə gələn Fransa prezidenti Emanuel Makron qeyd edib.