ER Baş nazirinin müavini vəzifəsini icra edən Tigran Avinyan bu gün jurnalistlərə Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılması barədə danışarkən bildirib ki, proses davam etməkdədir.
"Gördüyümüz kimi, proses vardı, var və davam olacaq. Bunun asan proseslərdən biri olduğunu söyləməyəcəyəm, amma əminəm ki, bu mənada ikitərəfli məsələləri həll etmək üçün qarşılıqlı razılaşmalar əldə etmək imkanımız da var”- deyə o qeyd edib.
ER Baş nazirinin səlahiyyətlərinin icraedicisi, yaxın gələcəkdə əsirlərin geri qaytarılmasının olub-olmayacağına dair şərh verməyib.