ER Parlamentinin “Mənim Addım” fraksiyasının deputatı, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tatevik Hayrapetyan AŞPA-dakı çıxışında Azərbaycan təcavzünə və bunun nəticələrinə toxunub.
“Bütün dünya pandemiyaya qarşı mübarizə aparırkən Artsaxda uşaqlar sığınacaqlarda gizlənirdi. Onlardan biri 8 yaşlı Meri deyir: “Bəxtim gətirdi ki, bazar günü idi, əks halda məktəbə gedərdik, çox pis olardı...çünki məktəbə getsəydik, sağ qalmazdıq””,-deyə hayrapetyan qeyd etdi. .
Onun sözlərinə görə, 150 000 əhalisi olan Dağlıq Qarabağda Azərbaycan hücumundan əvvəl 300 koronavirus xəstəsi vardı, amma dağıntılar və yer dəyişmələrdən sonra epidemiya ilə bağlı statistik məlumat əldə etmək qeyri-mümkün oldu. Bundan əlavə, sığınacaqlarda çox sayda insanın olması xəstəliyin yayılmasını nəzarətsiz hala gətirdi.
Hayrapetyan uşaqların müharibə nəticəsində yalnız fiziki deyil, həm də mənəvi əziyyət çəkdiyini qeyd etdi. Onların çoxu valideynlərini, evlərini, normal həyatlarını itirdi. Azərbaycanın təcavüzü nəticəsində Artsaxda 71 məktəb və 14 uşaq bağçası dağıdıldı. Pandemiya ilə müşayiət olunan təcavüz nəticəsində 8 mindən çox şagird təhsil hüququndan məhrum edildi.
Hayrapetyan vurğuladı ki, bütün beynəlxalq ictimaiyyət epidemiyaya qarşı mübarizə aparmağa çağırarkən, Artsaxdakı insanlar Azərbaycan təcavüzünə qarşı mübarizə aparmaq məcburiyyətində qalmışdılar.