Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. O bildirdi ki, Rusiyanın səyləri ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb.
“Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb. Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür",- deyə Rusiya prezidenti qeyd etdi.
Vladimir Putinin sözlərinə görə, Rusiya, tarixi, mədəni və insani əlaqələri ilə birləşdirilən qonşu ölkələrin təhlükəsizliyi və rifahı ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur.
“Bundan sonra qitəmizdə münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, sülh və sabitliyin möhkəmləndirilməsinə kömək göstərməyə davam edəcəyik”,- o deyib.