Yaponiyanın Tokio şəhərində keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarının cüdo yarışında Ermənistanın bir təmsilçisi olacaq. Beynəlxalq Cüdo Federasiyası aparıcı erməni cüdoçu, 2018 Avropa çempionu Ferdinand Karapetyanın (73 kq çəki) vəsiqəsini təsdiqləyib.
Ferdinand Karapetyan Ermənistanın qarşıdakı Olimpiya Oyunlarında 14-cü təmsilçisidir. Bundan əvvəl ağır atletlər Simon Martirosyan, Isabella Yaylyan, boksçular Koryun Soğomonyan, Arman Darçinyan, gimnast Artur Davtyan, yunan-roma güləşçiləri Artur Aleksanyan, Karapet Çalyan, Armen Melikyan, və Karen Aslanyan, sərbəst güləşçi Arsen Harutyunyan, atlet Levom Ağasyan, atıcı Elmira Karapetyan.
Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixlərində baş tutacaq.