Belarusun prezidenti Aleksandr Lukaşenko ER baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı "Vətəndaş müqavilə" partiyasının növbədənkənar seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdi.
“Məqsədyönlülüyünüz və erməni xalqının maraqlarına xidmət etməyiniz ölkə üçün vacib ictimai və siyasi kampaniyada uğur qazanmağın açarı oldu”,- deyə Lukaşenko bildirdi.
Aleksandr Lukaşenko qeyd etdi ki, iki ölkə xalqlarının dostluğu və rifahı naminə Minsk və Yerevan arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edəcək.