Kanada Ermənistanda keçirilən parlament seçkiləri münasibətilə Ermənistanı təbrik etdi.
Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi tviter mikrobloqunda yazdı.
“Ermənistanda demokratiyanı təşviq etməklə yanaşı, erməni həmkarlarımızla Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi davam etdirmək üçün erməni tərəfdaşlarımızla əməkdaşlıq etməyi gözləyirik”,- deyə qeyd olunub.