Litva prezidenti Gitanas Nauseda, Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı növbədənkənar parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik etdi.
Litva Prezidenti Nikol Paşinyana məsuliyyətli fəaliyyətində uğurlar, əzm və fədakarlıq arzuladı.
“Ermənistan xalqının dinc, təhlükəsiz və sabit bir ölkədə yaşamaq istəklərini dəstəkləyirik”,- deyə Nauseda bildirdi.
O qeyd etdi ki, Ermənistanın milli təhlükəsizliyin və suverenliyinin qorunması çox vacibdir.
Litvanın prezidenti islahatların həyata keçirilməsinə, bu çərçivədə Ermənistan-AB əməkdaşlığına və Hərtərəfli Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin həyata keçirilməsinə əhəmiyyət verib.
Litva prezidenti vurğuladı ki, payızda keçiriləcək Şərq Tərəfdaşlığı zirvəsi ərəfəsində "Şərq Tərəfdaşlığı" siyasətinin iddialı siyasi gündəliyini davam etdirəcək.