İranın Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən parlament seçkiləri münasibəti ilə Ermənistanı təbrik etdi. İran ümid edir ki, iki qonşu ölkənin dostluq münasibətləri daha gənişləndiriləcək.
Bu barədə “Tasnim” informasiya agentliyi məlumat yaydı.
İranın XİN mətbuat katibi qalib gələn qüvvəyə Ermənistanı inkişaf etdirmək, ölkəyə sabitlik gətirmək və bölgədə sülh yaratmaq səylərində uğurlar arzuladı.
Səid Xətibzadə bildirdi ki, Ermənistan ilə münasibətlərin inkişafı rəsmi İran üçün çox vacibdir.
İranın XİN nümayəndəsi ümid etdi ki, Ermənistanda yeni parlament və yeni hökumətin qurulmasının iki qonşu ölkə arasındakı dostluq əlaqələrini genişləndirəcək.