ER-nın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Parlamentin deputatı Edmon Marukyan AŞPA-dakı çıxışında qeyd edib ki, 9 noyabr atəşkəsindən sonra Azərbaycan hakimiyyəti indiyədək erməni əsirləri, o cümlədən mülki şəxsləri və qadınları sərbəst buraxmadı.
Marukyanın sözlərinə görə, erməni hərbi əsirlərə qarşı Azərbaycanda açılan saxta ciyanət işləri beynəlxalq humanitar hüququ pozur.
“Azərbaycan prezidenti Əliyev bildirib ki, hərbi əsirləri minalanmış ərazilərin xəritələrini almadan geri qaytarmayacaqdır. Yəni, o, humanitar məsələləri siyasiləşdirir və sübut edir ki, erməni hərbi əsirlər Azərbaycanda girovluqda saxlanılır.
Bizdə məlumatlar var ki, bəzi erməni əsirlər, o cümlədən qadınlar Azərbaycan həbsxanalarında işgəncə ilə öldürüldülər.
Bildiyiniz kimi 12 mayda Azərbaycan silahlı qüvvələri qanunsuzcasına Ermənistan sərhədlərini keçiblər və 3.5 km irəlilədilər. Onlar qanunsuzcasına ER Syunik bölgəsinin Sev liç (Qara göl) ərazisində yerləşiblər.
Sev liç ərazisində Azərbaycan SQ-nin mövcudluğu qəbuledilməzdir. Bu, ölkəmizin ərazi bütövlüyünü və BMT Nizamnaməsinin 2-ci maddəsini pozur.
Azərbaycan tərəfindən üçtərəfli bəyanatının bu cür pozulmaları bu bəyanatın tam yerinə yetirilməsinə ciddi şəkildə mane olurlar, bölgənin təhlükəsizliyi və sülhü üçün yeni təhdidlər yaradırlar.
Ona görə də Avropalı tərəfdaşlarımızı Azərbaycanın hərəkətlərinə aydın və birmənalı şəkildə reaksiya verməyə, Azərbaycanın hərbi-siyasi diktatorluğuna qarşı sanksiyalar tətbiq etməyə, əsirlərin mübadilə prosesini ilkin şərtlər olmadan və süni maneələr yaratmadan mümkün olduğu qədər tez zamanda başa çatdırmaq üçün bizimlə addımlar atmağa, ER ərazi bütövlüyünü bir daha təsdiq edərək Azərbaycanın hərbi rəhbərliyini erməni ərazilərindən qoşunlarını çıxartmağa məcbur etməyə çağırırıq”,-deyə Marukyan vurğuladı.