Avropa Parlamentinin Cənubi Qafqaz nümayəndə heyətinin rəhbəri, deputat Marina Kalyurand, Ermənistan üzrə əsas məruzəçi, deputat Andrey Kovaçyev, Ermənistandakı növbədənkənar parlament seçkiləri ilə bağlı birgə bəyanat yayıb və Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı erməni xalqını bu vacib demokratiya nümayişi münasibətilə təbrik ediblər.
Ümid bildirilib ki, seçki nəticələri ölkə üçün yeni müsbət səhifə açacaqdır.
“Epidemiya səbəbiylə səyahət məhdudiyyətləri səbəbindən Avropa Parlamenti müşahidəçi göndərə bilmədi. Buna baxmayaraq, ATƏT İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyası (AŞPA) beynəlxalq seçki müşahidə missiyaları həyata keçirdi. Missiyanın seçkilərin rəqabətli və ümumiyyətlə yaxşı təşkil olunduğunu bildirdiyini vurğulayırıq. Seçicilərə geniş seçimlər verildi və əsas hüquq və azadlıqlara böyük dərəcədə hörmət göstərildi.
Bütün siyasi qüvvələri seçki nəticələrini qəbul etməyə, bölücü ritorika və hərəkətlərdən çəkinməyə çağırırıq”- deyə bəyanatda deyilir.