Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı növbədənkənar parlament seçkilərində”Mülki Müqavilə” partiyasının qələbəsi münasibətilə təbrik etdi.
Şarl Mişel vurğulayıb ki, Aİ Ermənistanın yanındadır və dərin islahatların səmərəli həyata keçirilməsinə dəstək verəcəkdir.
Eyni zamanda, Şarl Mişel qeyd edib ki, Aİ regional sabitləşməni və münaqişələrin hərtərəfli həllini dəstəkləməyə də hazırdır.