ER Parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tatevik Hayrapetyan "Mətbuat azadlığı, ictimai etimad, insanların xəbərdar olma hüququ haqqında" hesabatın müzakirəsi zamanı AŞPA-nın yay sessiyasında çıxış edib.
“Bugünkü müzakirəyə çox dəyər verirəm. Mətbuatın hansı rol oynaya biləcəyini anlamaq çox vacibdir. İstəyirəm ki, bu məsələyə fərqli yanaşmadan baxaq. Azad mətbuat və həqiqəti yazmaq və təqdim etmək azadlığına sahib olan jurnalistlər ictimaiyyətdə müharibələrdən belə çəkinəcək diskurslar yarada bilərlər.
Azərbaycanlı həmkarlarımın son müharibədə qazanılan “qələbə”dən qürurla danışdıqları çıxışlarına əsaslanaraq düşündüm ki, əgər Azərbaycan azad mətbuata, sülh diskursuna sahib olsaydı, əgər Azərbaycanda sülh mövzusu qadağan olmasaydı, iyirmi ildən çox davam edən danışıqlar prosesi zamanı vasitəçilərin təklif etdikləri həll yolları barədə danışmaq azadlığına sahib idilərsə, nə olardı?
Azərbaycanın Artsaxı ziyarət edən və münaqişənin insan tərəfi haqqında yazdığı beynəlxalq jurnalistlərin yer aldığı "qara siyahısı" olmasaydı, nə olardı? Azərbaycanlılar müharibə zamanı erməni və beynəlxalq jurnalistləri PRESS paltarında olduqlarına məhəl qoymadan hədəf almasaydı, nə olardı?
Nəhayət, təəssüf ki, üçtərəfli atəşkəs bəyanatından sonra da bu yaxınlarda Azərbaycanın erməni soyadlı jurnalistləri akkreditasiya etməkdən imtina etməsi ilə bağlı UEFA-nın belə təəccübləndiyini gördük. Bütün bunlar Azərbaycanda sülh danışıqlarının qadağan olunduğunu göstərir, əfsuslar olsun ki, azərbaycanlı həmkarlarım düşünürdülər ki, yeganə yol müharibədir, çünki bu təbliğ olunurdu. Bu hesabata dəyər verirəm, mətbuat azadlığının çox vacib olduğunu düşünürəm.
Jurnalistlər, çox vaxt çətin və təhlükəli olan işləri sayəsində müharibələrdən çəkinməyə, nifrət nitqinə qarşı mübarizə aparamağa kömək edə bilər"- deyə Tatevik Hayrapetyan çıxışında qeyd edib.