RF prezidentinin mətbuat katibi Dmitri Peskov, Ermənistandakı növbədənkənar parlament seçkilərinə toxunaraq, bəyan edib ki, Kreml Ermənistandakı seçkilərlə bağlı vəziyyəti izləyir və xalqın qərarının ölkənin davamlı inkişafa doğru getməsinə kömək edəcəyini istəyir.
“Kreml Paşinyanın partiyasının inamlı qələbəni görür və erməni xalqını seçkilər münasibətilə təbrik edir”- deyə Peskov qeyd edib.