Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaq üçün Minsk Qrupu çərçivəsində işləyirik. Bu barədə ATƏT-in baş katibi Helga Şmid Rusiya Xİ naziri Sergey Lavrov ilə görüş zamanı bəyan edib. Məlumatı TASS yayıb.
Bu gün Rusiyanın diplomatik xidmətinin rəhbəri ilə görüşündə baş katib "bəzi digər münaqişələrə" toxunmaq istədiyini bildirib. “Biz Minsk Qrupu həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaq üçün çalışırıq. Və biz nizamlanma prosesini müzakirə edəcəyik, bu da göstərir ki, ATƏT, etimadın artırılması tədbiri kimi vasitəçiliyi dəstəkləyir"- deyə o əlavə edib.
Öz növbəsində Lavrov qeyd edib ki, siyasi, iqtisadi, ekoloji və insan hüquqları ilə bağlı ATƏT-in hazırkı vəziyyəti barədə ətraflı fikir mübadiləsini gözləyir.
“ATƏT-in həll etdiyi münaqişələr problemlərin böyük bir hissəsidir. Ukrayna, Qarabağ, Dnestryanı, Cənəvrənin Zaqafqaziya ilə bağlı daxili müzakirələrini nəzərdə tuturam. Ölkəmizdə dedikləri kimi görüləsi işlər var"- deyə o qeyd edib.