İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında Azərbaycanda saxlanılmış 13 erməni hərbi əsirlərinin işi üzrə hazırlıq iclası keçirilir. Bu barədə “Report” məlumat yayıb.
Onlara qarşı terror aktları və digər cinayətlər törətmək kimi saxta ittihamlar irəli sürülüb.
Erməni hərbçilərin adları məlumdur: Astanyan Yeğişe, Aramyan Karen, Avakyan Tigran, Gevorgyan Griqor, Maunkyan Hovsep, Martirosyan Gevorg, Gevorgyan Robert, Avetisyan Vağarşak, Hakobyan Volodya, Sukiasyan Andranik, Manukyan Andranik, Sağatelyan Grigor və Kirakosyan Eduard.
Cinayət işi üzrə istintaqı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi aparıb.