Ermənistan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bu gün sükut günüdür.
Seçki Məcəlləsinə görə, seçkidən bir gün əvvəl çıxışlar, tədbirlər, habelə yazılı mediada, efirdəki radio və televiziya kanallarında təbliğat qadağandır.
Seçkilərdə 26 siyasi qüvvə iştirak edir: 22 partiya və 4 blok. Elektron səsvermə artıq 13 iyun tarixində başa çatdı. Siyahılara 650 nəfər daxil idi.
Ermənistandakı seçkiləri izləmək üçün 49 xarici 68 yerli KİV akkreditə olunmuşdur. Müşahidə missiyası 8 beynəlxalq və 19 yerli təşkilat tərəfindən həyata keçiriləcəkdir.
Ermənistanda 2 milyon 583 min 823 nəfərin səs vermək hüququ var. Ölkə üzrə 38 seçki dairəsində 2008 seçki məntəqəsi olacaqdır.