Rusiya Federasiyasının sərhədlərində NATO ölkələrin hərbi bazalarının yerləşdirilməsi təhlükəsizlik məqsədilə tədbirlərin görülməsi üçün xüsusi diqqət mərkəzindədir. RİA Novosti xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Tayyib Ərdoğan, iki ölkənin imzaladığı Şuşi Bəyannaməsi çərçivəsində Azərbaycanda Türkiə hərbi bazasının yaradılmasını istisna etməmişdi.
Peskovun sözlərinə görə, məsələ Rusiyanın diqqət mərkəzindədir. “Biz Qafqazdakı vəziyyəti sabitləşdirmək üçün Türkiyə Respublikası ilə əməkdaşlıq edirik. Ankara, Bakı və Yerevanla sıx təmasdayıq və düşünürük ki, hər hansı bir addım Qafqazdakı vəziyyətin daha da sabitləşməsinə, infrastrukturun inkişafına, maddi-texniki təminata və bütün vəziyyətin həllinə kömək etməlidir və onun gerginliyin artmasının səbəbi ola biləcək elamentləri olmamalıdır.
Rusiya Dövlət Duması Ankaranın planlarına daha kəskin reaksiya verib. Rusiya deputatları Azərbaycandakı Türkiyə bazasını NATO-nu genişləndirmək cəhdi, Azərbaycanın NATO-ya daxil olmasını isə zaman məsələsi kimi qiymətləndirirlər.
Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin “Gazeta.Ru”ya verdiyi açıqlamada qeyd edib: "Azərbaycan silahlı qüvvələrinin Türkiyə ordusu ilə birlikdə KTMT üzvü olan Ermənistana qarşı döyüşdüyü andan etibarən Azərbaycan NATO-nun üzvü hesab edilə bilər".
“Azərbaycan NATO vasitəsilə Türkiyə üzərindən yaxınlaşmağı hədəfləyir və Ermənistan KTMT üzvüdür. Rusiyanın neytral mövqeyi, yumşaq desək, NATO-nun ən yaşlı üzvü olan Türkiyəyə Ərdoğan vasitəsi ilə bu cür açıqlamalar verməyə imkan verir. Üstəlik, Moskvanın Ermənistanda bazası var, amma Azərbaycanda deyil"- deyə o əlavə edib.