Ermənistan Respublikası hökuməti, dəhlizlə bağlı hər hansı bir məsələ müzakirə etməyib və etməyəcəkdir. Bunu ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Yerevanda keçirdiyi mitinq zamanı bildirib.
“Kommunikasiyaların açılışı kontekstində, Ermənistanın suveren ərazisinin statusundakı hər hansı bir dəyişikliyi istisna edirik.
Azərbaycan və Türkiyənin Ermənistan ərazisində dəhlizin açılması ilə bağlı açıqlamalarını cəfəngiyyat adlandırmaqdan başqa nəsə adlandırmaq çətindir”,-Paşinyan vurğuladı.
Nikol Paşinyanın sözlərincə, biz öz mövqeyimizi çox açıq şəkildəifadə ifadə etmişik. Bölgənin iqtisadi kommunikasiyalar açılmalıdır. Ermənistan 11 yanvar 2021-ci il tarixli Moskva razılaşmasının müddəalarını həyata keçirməyə hazırdır. Ancaq Azərbaycanın təcavüzkar bəyanatları və dağıdıcı mövqeyi bu perspektivi əngəlləyir.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın suveren ərazisinə iddia qaldırmağa davam edir və öhdəliklərini yerinə yetirmir, erməni əsirləri geri qaytarmır.