Bu gün Laçın istiqamətində daha bir Azərbaycan hərbi qulluqçusu göldə boğularaq ölüb.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, ölən 2001-ci il doğumlu İsmayıllı rayonu, Quşencə kənd sakini əsgər Nicat Eynulla oğlu Əkbərovdur.
Qeyd edək ki, ötən gün Azərbaycan ordusunun daha bir hərbi qulluqçusu, kapitan İlham Allahverdi oğlu Fərzəliyev göldə çimərkən boğularaq ölüb.