Avropa Parlamentinin Kiprdən olan üzvü Lukas Furlas Azərbaycandakı erməni əsirlərinin saxta mühakimə olunmasına son qoyulmasını tələb edir.
"Avropa Komissiyasını hərbi əsirlərin sərbəst buraxılmasına əhəmiyyətli töhfə verməyə çağırıram"- deyə o Twitter mikrobloqunda yazıb.
İyunun 16-da Bakıda 14 erməni əsirinin məhkəməsi başlayıb. Azərbaycanda qanunsuz olaraq saxlanılan erməni əsirlərə qarşı saxta cinayət işləri qaldırılıb.
Ötən həftə Azərbaycan Livan ermənisi Vigen Eulcekçyanı 20 il həbs cəzasına məhkum etdi. Ona qarşı saxta ittihamda deyilir ki, Eulcekçyan, Ermənistan tərəfindən Artsax müharibəsində iştirak etmək üçün işə götürülmüşdür və Azərbaycana qarşı terror əməliyyatları həyata keçirib.
Erməni hüquq müdafiəçisi Arman Tatoyan, Azərbaycanda əsir götürülən erməni məhkəmələrinin beynəlxalq hüququ kobud şəkildə pozduğuna diqqət çəkib.
"Bu məhkəmələr beynəlxalq hüququn prinsiplərini pozur, əsirlərin, itkin düşənlərin və ailələrinin hüquqlarını kobud şəkildə pozur və humanitar məsələləri açıq şəkildə siyasiləşdirir"- deyə o qeyd edib.