Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyə və Azərbaycan prezidentlərinin imzaladığı bəyanamə ilə bağlı bəyanat yaydı.
Bəyanatda qeyd olunur ki, Azərbaycan və Türkiyə prezidentlərinin Artsax Respublikasının hazırda işğal olunmuş Şuşi şəhərinə səfəri regionda sülh və təhlükəsizə qarşı açıq təxribatdır.
“Şuşidə Türkiyə və Azərbaycan prezidentlərinin imzaladığı bəyannamə və Türkiyə prezidentinin Azərbaycan parlamentində çıxışı eyni dərəcə təxribat xarakterlidir.
Türkiyə-Azərbaycan bəyanaməsinin ayrıca bir bənddə sənədin üçüncü tərəfə qarşı yönəlmədiyi qeyd olunsa də, bunun bütün məzmunu erməni xalqını hədəf alır. Bu, Artsax Respublikasına qarşı 44 günlülük təcavüz törədən iki ölkənin Artsax xalqının öz müqəddəratını təyin etməsinə, Ermənistan Respublikasının ərazi bütövlüyünə və soyqırımdan xilas olunan bütün ermənilərə qarşı mütəffiqliyini açıq şəkildə göstərir.
Bəyannamədə əksini tapan “Zangezur dəhlizi” ifadəsi sübut edir ki, Artsax xalqına qarşı törətdiyi birgə təcavüzün və kütləvi cinayətlərin cəzasızlığından ilhamlanan Türkiyə və Azərbaycan Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı ictimai razılaşmalar əldə etdilər. İki dövlətin Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasına qarşı mübarizə barədə razılaşması eyni dərəcədə narahatedicidır. Yuxarıda göstərilən razılaşmalar beynəlxalq hüququn əsas normalarına tamamilə ziddir.
Diqqətəlayiqdir ki, sözügedən bəyannamə BMT Nizamnaməsinə və ya ATƏT-in ümumdünya və ayrılmaz təhlükəsizlik prinsipinə deyil, “Türk dünyası”nın birləşdirilməsi prinsipi olaraq təbliğ olunan “irqi təhlükəsizlik” yanaşmalarına əsaslanır”,- deyə bəyanatda qeyd olunur.
XİN bəyanatında qeyd olunur ki, ermənilərə qarşı nifrətlə dolğun bu kontekstdə Türkiyə prezidentinin Azərbaycan parlamentində regional əməkdaşlıq üçün bir platforma yaratmaq barədə səsləndirdiyi təkliflər ikiüzlük və yanıltıcıdır.
“Türkiyə və Azərbaycanın prezidentlərinin ictimai razılaşmalar sadəcə bölgədəki erməni xalqına qarşı soyqırımı təhdidlərini deyil, həm də beynəlxalq, regional sülh və təhlükəsizliklə maraqlanan bütün ölkələr üçün ciddi bir çağırışı ehtiva edir. Bu da bütün bu ölkələrin sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayır.
Şuşidə Türkiyə-Azərbaycanın müxtəlif qondarma təşəbbüslərinin erməni mədəniyyət mərkəzini Artsaxdan və erməni xalqdan uzaqlaşdıra bilmədiyi kimi, Artsax xalqına qarşı təcavüz və güc tətbiqi nəticəsində əldə olunan hadisələr daimi sülh üçün əsas ola bilməz”,- deyə bildirilib.