ER müdafiə naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
Strateji müttəfiq iki ölkənin müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətinin həll yollarını müzakirə ediblər.
Vağarşak Harutyunyan qeyd etdi ki, erməni tərəfinin mövqeyi dəyişməz olaraq qalır - Azərbaycanın silahlı qüvvələrinin nümayəndələri Ermənistan Respublikasının ərazisini qeyd-şərtsiz tərk etməlidir.
Vağarşak Harutyunyan və Sergey Şoyqu Ermənistanın Syunik və Geğarkunik bölgələrində ER Silahlı Qüvvələri ilə birgə Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələsini müzakirə ediblər.
Tərəflər Artsax Respublikasında Rusiya Federasiyasının sülhməramlı hərbi qrupunun həyata keçirdiyi missiyanın gedişatına, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığına, eləcə də regional məsələlərə də toxunublar.