ABŞ və Rusiya prezidentləri arasındakı görüşdən sonra İsveçrə Prezidenti Gay Parmelin və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında ikitərəfli qapalı danışıqlar baş tutdu. Görüşdə iki ölkənin XİN başçıları da iştirak etdi. Məlumatı Swissinfo yayıb.
Tərəflər digər məsələlərlə yanaşı, Dağlıq Qarabağdakı vəziyyəti, İranın nüvə proqramı və Ukrayna məsələsini müzakirə etdilər. İsveçrə tərəfi məsələni sülh yolu ilə həll etməyə çağırdı.